Koronavirusa yoluxduğu üçün karantinə alınan İngiltərənin Baş naziri Boris Conson kamera qarşısına çıxıb.
"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, Consonun görünüşü ətrafdakıları qayğılandırıb. Karantində olan Baş nazirin xeyli arıqladığı diqqətdən yayınmayıb.
İngiltərə mediası Boris Consonun qısa müddət ərzində arıqladığını və taqətdən düşdüyünü yazıb.