USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rəşad Rüstəmov bu əməllərinə görə işdən qovuldu

23.04.2020 İqtisadiyyat
0 0
Mədəni davranış və peşəkarlıq tələblərini pozduğuna görə Nazirlər Kabinetinin baş məsləhətçisinin dövlət qulluğuna xitam verilib.

Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Yaqub oğlu Rüstəmov Nazirlər Kabinetinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Onun dövlət qulluğuna xitam verilib.

Rəşad Yaqub oğlu Rüstəmov ölkə ərazisində koronavirus infeksiyasının (Covid-19) yayılmasının qarşısını almaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etdiyi, həmçinin vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozduğu üçün Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" qanunlarının tələblərinə əsasən vəzifədən azad edilib.

  • Əvvəlki

    Əli Əsədov Rəşad Rüstəmovu cəzalandırdı: Dövlət qulluğuna xitam verildi

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0