USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Təhsil eksperti nazirin qərarını şərh etdi

06.05.2020 İqtisadiyyat
0 0
"Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhərləri istisna olmaqla rayon təhsil şöbələrinin işcilərin işə cəlb olunmasına məhdudiyyət qoyulmur”.

"Kommersant.az" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Təhsil naziri Ceyhun Bayramovun təhsil işçilərinin iş rejimi ilə əlaqədar imzaladığı qərardan danışarkən deyib.

Onun fikrincə, yeni qərara görə, yuxarıdakı şəhərlər istisna olmaqla, yerdə qalan şəhər və rayonlarda təhsil şöbələri bütün direktor, müəllim, texniki işçiləri işə çağıra bilər:

"Rayonlarda təhsil müəssisələrinin bütün əməkdaşları - müəllimlər, kitabxanaçılar, laborant və dalandar da işə cəlb edə bilər. Tam şəkildə işə icazə verilən rayonlarda yerləşən məktəblərdə çalışan, amma karantin rejimi davam edən şəhərlərdə yaşayanlar üçün rayon təhsil şöbəsi və ya məktəb direktoru icaze.gov.az-dan icazə almalıdır ki, o şəxs postu keçib gedə bilsin. Ancaq karantin tətbiq olunan Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhərlərində təhsil müəssisəsi çalışan işçilərin 30 faizini işə cəlb edə bilər. Həmin 30 faizi də təhsil müəssisəsinin rəhbəri özü müəyyən edir. Amma öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən, yaşı 60-dan yuxarı olan işçiləri yox, şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilməlidir".

Kamran Əsədovun sözlərinə görə, qərar təkcə orta məktəblərdə çalışanlara deyil, universitet, kollec, peşə təhsili müəssisələrinə də aiddir:

"Yəni, bütün növ və pillə təhsil müəssisələrində 4-31 mayda iş prosesi qaydalar çərçivəsində bərpa olunur. Təhsil sistemində çalışan işçilər işə cəlb olunurlar. Yeganə olaraq bu qərar uşaq bağçalarına aid deyil. Karantin rejimi olmayan şəhər və rayonlarda təhsil şöbələri, ƏMHM-i, universitet və məktəblərin əməkdaşları 8103-ə icazə sms yazmadan, icaze.gov.az-dan qeydiyyatdan keçmədən bütün çalışanlar işə cəlb oluna bilər. Amma karantin tətbiq olunan şəhərlərdə çalışanların işə gəlməsi üçün ya 8103-ə icazə sms almalı (3 saatlıq) və ya icaze.gov.az- dan rəhbərləri onlar üçün icazə almalıdır".

  • Əvvəlki

    Nazirdən 190 manatla bağlı açıqlama: May ayı üzrə...

Digər xəbərlər