USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 6 sığorta şirkətinin mənfəəti azalıb - Siyahı

06.05.2020 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərindən 8-nin 2019-cu ildə mənfəəti illik müqayisədə çoxalıb.

"Kommersant.az" xəbər verir ki, bunlar "Günay Sığorta", "Amrah Sığorta", "Qala Həyat Sığorta", "PAŞA Həyat Sığorta", "PAŞA Sığorta", "Qala Sığorta", "Rəvan Sığorta" və "Atəşgah Həyat Sığorta" ASC-lərdir.

Mənfəəti ən çox artan "Günay Sığorta"da (13 dəfə), ən az artan isə "Atəşgah Həyat Sığorta"da (5%)dır.

6 şirkətin – "A-Qrup Sığorta", "Meqa Sığorta", "Bakı Sığorta", "İpək Yolu Sığorta" ASC-lər, "Dövlət Sığorta Kommersiya", "Azsığorta" ASC-nin isə mənfəəti 2018-ci ilin eyni dövrü ilə müqayisədə azalıb. Ən çox azalma "Azsığorta"da (83%), ən az azalma isə "A-Qrup Sığorta" və "Meqa Sığorta"da (25%) qeydə alınıb.

2 şirkətin – "Xalq Həyat Sığorta"(36 dəfə) və "Standard Insurance" Sığorta Şirkətinin(73%) isə zərəri artıb.

2 şirkət – "AXA Mbask" Sığorta Şirkəti və "Xalq Sığorta" ASC-lər 2019-cu ili zərərlə, 2018-ci ili mənfəətlə, 3 şirkət – "Atasığorta", "Atəşgah Sığorta" və "Azərbaycan Sənaye Sığorta" ASC-lər isə 2019-cu ili mənfəətlə, 2018-ci ili zərərlə başa vurduğundan müqayisə etmək mümkün olmayıb.

Banker.az