USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisdə iki vəzifə ləğv edildi

08.05.2020 İqtisadiyyat
0 0
Milli Məclis Aparatında struktur islahatları çərçivəsində yenidən təşkil edilən İşlər müdirinin xidmətində iki müavin vəzifəsi ləğv edilib.

"Kommersant.az"-ın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, struktur islahatlarına qədər İşlər müdirinin 3 müavini olub.

Struktur islahatlarından sonra İşlər müdirinin iki müavini vəzifəsi ləğv edilib.

Beləliklə, yenidən İşlər müdiri təyin edilmiş Firudin Hacıyevin yeganə müavini Kamran Məmmədovdur. K. Məmmədov struktur islahatlarına qədər də İşlər müdirinin müavini olub.

Xatırladaq ki, struktur islahatlarından əvvəl İşlər müdirinin digər müavinləri Şadət Nağıyev və Fazil Səfərəliyev olublar.

  • Əvvəlki

    "Özünüz cəhənnəm, balalarınıza yazığınız gəlsin" - İcra başçıları ilə bağlı AÇIQLAMA

Digər xəbərlər