USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Özünüz cəhənnəm, balalarınıza yazığınız gəlsin" - İcra başçıları ilə bağlı AÇIQLAMA

08.05.2020 İqtisadiyyat
0 0
İmişlinin icra başçısı Vilyam Hacıyevlə bağlı videoya baxıb bir daha dəhşətə gəldim. Əminəm ki, daha dəhşətli videolar hələ qabaqdadır. Bunlara oğru, rüşvətxor, korrupsioner demək də mahiyyətlərini əks etdirmir. Bunlar göreşənlərdir! Var-dövlət içində üzənləri demirəm, normal insan belə küçələrdə dilənən görəndə vicdanı sızlayır, özünün yaxşı dolanmasına peşmançılıq çəkir. Bunlar milyonları ola-ola büdcədən bir tikə çörəyə möhtac olanlara ayrılmış pulları, yardımları belə mənimsəyirlər. Vallah-Billah, belələri mənim üçün ermənidən betər düşməndir, satqındır!

Yayılan videogörüntülərdə icra başçısının evindən hansı məbləğdə pul vəsaitinin aşkarlandığını görmək olar. Diqqətlə görüntülərə sürətini 75% azaldıb baxdıqda (2-ci dəqiqənin 3-cü saniyəsində) böyük bağlamalardan birinin açıldığını və göstəriş üçün düzüldüyünü görərik. Bu görüntünün ən son kadrına baxanda stola düzülmüş xırda bağlamaların (paçka) 10 ədəd olduğu görsənir. Hər bağlama 100.000 (yüz min) dollar. Bu 100.000 dollar da öz növbəsində, səliqəli şəkildə ağ rəngdə kağız lentlə bağlanıb. Qalani isə daha da sadə. Saydıqda üç böyük dollar bağlamanın ikisin hər birində (10 bağlama) 1.000.000 dollar, birində isə (5 bağlama) 500.000 dollar olduğu görünür. Yəni ümumi 2.500.000 (iki milyon beş yüz min) dollar. Avro əskinasları isə 12 bağlama və hər biri 50.000 avro olmaqla ümumi 600 000 avro. Deməli, ancaq videogörüntülərdə müsadirə olunan məbləğ 2.500.000 dollar və 600.000 avrodur. Bu gunkü məzənnə ilə bu məbləğ təxminən 5.350.000 manat edir. Aylıq rəsmi 1045 manat maaş alan məmurun bir evindən toplanılan məbləğ... Ancaq evdə tapılan pulları qazanmaq üçün V.Hacıyev 5120 il yemədən-içmədən, ümumiyyətlə pul xərcləmədən işləməli idi. Bura mülkləri, biznesləri, avtomobilləri əlavə eləsək faciənin miqyasını görərik.

Rəsmi İmişli əhalisi 117 min nəfər olduğu halda işindən və durumundan asılı olmayaraq adam başına 46 manat düşür. Rayon əhalinin 30%-i aztəminatlı, maddi yardıma ehtiyacı olan fərz etsək adam başına 150 manatdan artıq pul düşür, bu da təxminən ehtiyacı olan ailəyə 600 manat edir. Ən son hesablama təxmini fərziyyə olsa da yekun nəticə dəyişmir. Bir icra başçısının bir evindən toplanılan məbləğ bu böhran dövrü bütün rayonun ehtiyacı olanlarını yetərincə təmin etmək olar. Mən hələ bu başçının başqa evlərinin, başqa əmlaklarının olduğunu demirəm. Bütün rayonlarda isə təxminən oxşar mənzərədir.

İndi isə bir daha "bu goreşənlər nə üçün mövcuddurlar" sualına cavab verim. Bu ona görədir ki, hamı bunların əsl kimliyini bilir, ancaq bunlardan hansısa yolla yararlanmaq üçün əksəriyyət bunlara yarınır, məclislərinin başında oturdur, qızlarını belələrinə ərə verir, oğlanlarına belələrinin qızını almaq istəyirlər, belələri ilə oturub-durmaqlarından fəxrlə danışırlar və məni kimilərini (vaxtilə vəzifələri olub pulu olmayanları) avam sayırlar. Biz hələ də başa düşmürük ki, həyat çox ədalətlidir və hər kəsin bu və ya digər formada payını artıqlaması ilə verir. Şəxsən mənim ən çox üzüldüyüm belələrinin balalarına görədir. Axı onların heç bir günahı yoxdur. Bu gün bu göreşənlərin haqq etdiklərini yaşadıqlarına heç üzülmürəm. Üzüldüyüm belələrinin balalarıdır. Onların vəziyyəti hamıdan ağırdır. Onları dərhal işlərindən atacaqlar, dünən bəh-bəhlə onları öz məclislərinə dəvət edənlər ən azından bunu artıq etməyəcəklər yox, heç salam da verməyəcəklər. Pis halda isə növbəyə düzülüb onları söyəcəklər. Necə ki, bu gün məhz belələrininin hesabına var-dövlət sahibi olan KİV rəhbərləri, əməkdaşları onları ifşa etməyə növbəyə düzülüblər.

Ona görə baş verənlərdən hamı dərs götürməlidir. Özünüz cəhənnəm, balalarınıza yazığınız gəlsin!

Aslan İsmayılov

Hüquqşünas

  • Əvvəlki

    “Ziraat Bank Azərbaycan” Türkiyə bankının $5 milyonluq istiqrazını alıb

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0