USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi... - VİDEO

21.05.2020 İqtisadiyyat
0 0
Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər həbs olundu...

"Kommersant.az" APA-ya istinadla bildirir ki, Yevlaxda "Qaraçılar məhəlləsi" adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: "Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub".

  • Əvvəlki

    Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi təbrik edib

Digər xəbərlər