USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yeni tədris ili təxirə salınır? - AÇIQLAMA

04.06.2020 İqtisadiyyat
0 0
Artıq bizim üçün 2019-2020-ci tədris ili başa çatıb. İndi hər kəsi sentyabır ayından etibarən yeni - 2020-2021-ci il üçün tədris ili başlayı-başlamayacağı düşündürür.

"Kommersant.az" xəbər verir ki, bunu Təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert 2020-2021-ci il üçün tədris ilində də alternativ təhsil alma formasının qalma ehtimalının olduğunu bildirib:

"Bu, bilavasitə asılıdır ölkədəki pandemiyanın vəziyyətindən, yoluxanların sayından. Təbii ki, bu sahədə işlər aparılır, amma görünən ondan ibarətdir ki, əgər virusa yoluxmanın əhatə dairəsi genişlənərsə, yoluxanların sayı, yaxud da ki, digər təhlükəli məqamlar olarsa, sentyabr ayının 15-dən etibarən tədris ilinin başlanması ilə bağlı müəyyən problemlər artıq ortaya çıxa bilər. Bu zaman artıq alternativ təhsil alma forması qaçılmazdır".

Qeyd edək ki, Baş nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Bu sərəncam imzalandığı gündən (30 maydan) qüvvəyə minir.

Bildirək ki, qonşu Gürcüstanda koronavirus pandemiyası səbəbindən yeni tədris ilinin başlanılması təxirə salına bilər. Bu barədə Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bildirib. Nazir deyib ki, Gürcüstan sentyabrda da digər ölkələr kimi COVID-19-la birgə yaşamalı olacaq.Milli.az

  • Əvvəlki

    DİQQƏT! Maska taxmayan şəxslər belə cərimələndi - VİDEO

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0