USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı alim: "Belə gedərsə, xəstələrə kifayət qədər tibbi xidmət göstərilə bilməyəcək”

18.06.2020 İqtisadiyyat
0 0
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev Azərbaycanda koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə münasibət bildirib.

Azərbaycanlı alim açıqlamasında deyib ki, koronavirusla mübarizəyə birtərəfli baxmaq yanlışdır, çünki əslində bu mübarizə çoxşaxəlidir: "Dünya üzrə pandemiya ilə mübarizə üç istiqamətdə həyata keçirilir. Bu istiqamətlər ölkənin səhiyyəsinin, vətəndaşının və dövlətin özünün mübarizəsindən ibarətdir. Səhiyyə ilə vətəndaşların birgə mübarizəsi isə dövlətin apardığı mübarizəyə dəstək olmalıdır. Hazırda bu istiqamətlər üzrə davam edən pandemiya ilə mübarizənin ikinci mərhələsindəyik. Pandemiya ilə mübarizənin birinci mərhələsi 2019-cu ilin sonundan, yəni Çində koronavirusun yarandığı andan 2020-ci ilin aprel ayına qədər olan bir dövrü əhatə edir. Bu mərhələdə əsas məsələlər virusun qarşısının alınması məqsədilə atılan addımlardan, insanları maarifləndirməkdən və sonrakı mərhələlərə hazırlıq prosesindən ibarət idi. İkinci mərhələ isə tətbiq edilən sərt qaydaların yumşaldılması ilə xalqların, dövlətlərin və səhiyyə sistemlərinin növbəti mərhələyə hazır olmasından sonra başlayıb".

Tibbi elmləri doktoru hesab edir ki, Azərbaycan dövləti də sahib olduğu resurslara əsasən virusa qarşı kifayət qədər mübarizə göstərir: "Təbii ki, indi yenilənmiş elmi biliklərimizlə yaxın keçmişə və hadisələrə baxsaq görürük ki, heç də bütün ölkələrdə mübarizə maksimum səviyyədə aparılmayıb. Hətta səhiyyədə olan boşluqları Azərbaycanla yanaşı bir çox inkişaf etmiş ölkələrdə də müşahidə edirik. Bundan başqa isə dediyimiz kimi, koronavirusla mübarizədə istiqamətlərdən biri olaraq cəmiyyətin də üzərinə çox böyük məsuliyyət düşür".

Alim pandemiya ilə mübarizədə Azərbaycanda həyata keçirilən müəyyən tədbirləri də yüksək qiymətləndirdiyini vurğulayıb və əhalini məsuliyyətli olmağa çağırıb: "Çünki son elmi tədqiqatlara əsasən, dövlətlər təkcə təhsil müəssisələrini bağlamaqla virusa yoluxma hallarının 50 faizə qədərinin qarşısını ala bilər. Azərbaycan dövləti ölkə ərazisində bütün təhsil müəssisələrində tədrisin dayandırılması ilə bağlı qərar verəndə, hələ azalma ilə bağlı dediyim bu elmi tədqiqat aparılmamışdı. Ona görə ölkəmizdə atılan bu addımlar sadəcə alqışlanmalıdır. Bugünkü mərhələdə səhiyyə və cəmiyyət dövlətə dəstək olmalı və virusla birgə mübarizə aparmalıdırlar. Hesab edirəm ki, bütün məsuliyyəti dövlətin üzərinə atmaq doğru deyil. Hər bir sahə öz üzərinə düşəni məsuliyyətlə etməlidir. Bu, dünya təcrübəsində də belədir. Çünki hər kəsə məlumdur ki, pandemiya dövlətlərdə iqtisadi vəziyyəti də aşağı salıb, dövlət koronavirusun qarşısının alınması üçün çalışdığı qədər də, həm də vətəndaşların sosial problemlərinin həll istiqamətində addımlar atır. Pandemiya ilə mübarizənin ikinci mərhələsində cəmiyyətin üzərinə də böyük məsuliyyət düşür və bu məsuliyyəti hər kəs layiqincə dərk etməlidir. Virusa yoluxma hallarının qarşısının alınması istiqamətində deyilən bütün qaydalara əməl etmək vacibdir, əkd halda yoluxmaların sayı artarsa ümumi ölkədə səhiyyə sisteminin yüklənməsi baş verəcək ki, ehtiyacı olan xəstələrə kifayət qədər tibbi xidmət göstərilə bilməyəcək və bu da ölkədə ümumi vəziyyəti kritikləşdirəcək".

  • Əvvəlki

    Daha bir nazirliyin əməkdaşları koronavirusa yoluxdu

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0