USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Baş troll Əli Həsənovu yadımdan çıxartmaq istəyirəm” - Aslan İsmayılov

30.06.2020 İqtisadiyyat
0 0
“Allah şahiddir ki, mənə etdikləri bütün murdarlıqlara baxmayaraq, nə qədər çətin olsa da vəzifəsindən azad olunduqdan sonra baş troll Əli Həsənovu yadımdan çıxartmaq istəyirəm. Ancaq düz deyirlər, abır-həya insanda ya olur, ya da olmur. Başqası heç olmasa ifşa olunduqdan sonra etdikləri murdarlıqlardan əl çəkər. Bu isə ipə-sapa yatmır”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, Əli Həsənov yenə siyasi arenaya qayıdıb öz çirkin əməllərini davam etdirmək istəyir: "Bunun üçün də öz yetirmələrini üstümə salır. Bunları məhkəməyə verəndə də həyasızcasına şüvən qaldırırlar ki, söz azadlığını boğurlar. Sanki tək söz azadlığını deyil, ədəb-ərkanı, adi davranış qaydalarını, mədəniyyətimizi də bunlar murdarladılar. Müraciəti, mübahisəni, debatı söyüşlə əvəzlədilər".

  • Əvvəlki

    Prezidentdən açıqlama: Bu sahənin işçilərinə dəstək veriləcək

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0