USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Milli Məclisin növbədənkənar iclasının vaxtı və gündəliyi məlum olub

31.07.2020 İqtisadiyyat
0 0
Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasın avqust ayının 5-də keçirilməsi gözlənilir.

İclasın gündəliyinə altı məsələ daxil edilib.

Bunlar "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi (birinci oxunuş), "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "Məşğulluq haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), "İşsizlikdən sığorta haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir (birinci oxunuş).

  • Əvvəlki

    Bu gün Bakının bir neçə rayonunda su kəsiləcək

Digər xəbərlər