USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Erməni əsgərinin rəşadət simvolu” sayılan topçu Albert məhv edildi

09.10.2020 İqtisadiyyat
0 0
Bu şəkil 27 sentyabrda başlayan İkinci Qarabağ savaşının ilk günlərindən Ermənistanda populyarlaşmışdı. Şəkildəki topçu Albert Ovannisyan isə "erməni əsgərinin rəşadətinin simvolu"na çevrilmişdi. Bugünlərdə Azərbaycan hərbçiləri Ovannisyanı məhv ediblər.

"Kommersant.az"-ın Modern.az-a istinadən məlumatına görə, xəbəri Dağlıq Qarabağdakı separatçıların qondarma "prezidenti" Araik Harutunyan Facebook-da təsdiqləyib. O, Dağlıq Qarabağdakı döyüş əməliyyatlarının iştirakçısı, topçu Albert Ovannisyanın ölümündən sonra "Cəsarətə görə" medalı ilə təltif edildiyini də bildirib.

Araik Harutyunyan Albertin atası Artaka müraciət edərək başsağlığı verib.

Qeyd edək ki, İrəvan küçələrində bu fotoşəkil olan reklam lövhələri var. Albertin adı oktyabrın 7-dən "itkinlər siyahısı"na yazılmışdı. Nəhayət oktyabrın 8-də onun öldürüldüyü təsdiqləndi.

Verilən məlumatlara görə, Albert Ovannisyanın Azərbaycan Ordusu tərəfindən məhv edilməsi erməni hərbçilər və mülki əhali arasında ruh düşkünlüyünü bir qədər də artırıb... Erməni sosial şəbəkələrində Albert Ovannisyanın öldürüldüyü barədə xəbərin təsdiqlənməsi aydın səmada ildırımın çaxması effektini verib.

  • Əvvəlki

    Müdafiə Nazirliyi daha bir məlumat yaydı

Digər xəbərlər