USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Peter Siyyarto Sahil Babayevə məktub ünvanladı

21.10.2020 İqtisadiyyat
0 0
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə məktub ünvanlayıb.

Nazirlikdən verilən xəbərə görə, məktubda bildirilir ki, Macarıstan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdə davam edir və hər cür təcavüzü qınayır. Buna görə də münaqişənin de-eskalasiyasına və ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırır.

Peter Siyyarto ikitərəfli iqtisadi və ticarət əməkdaşlığının gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün tezliklə görüşlərin keçiriləcəyinə də ümidvar olduğunu yazıb.