USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib

29.06.2018 İqtisadiyyat
0 0
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik səsə qoyulub.

Layihə barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı müvafiq aparatlar respublikanın Naxçıvan da daxil olmaqla, bir sıra yerlərində yerləşdirilib və sentyabrdan bunu vermək mümkün olacaq.

Layihəyə əsasən, yeni nəsil şəxsiyyət vəsiqələri 2019-cu ilin yanvarın 1-dən yox, 2018-ci il sentyabrın 1-dən veriləcək. Sənəddə bildirilir ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.

Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Layihə səsə qoyularaq, qəbul edilib.

  • Əvvəlki

    Azərbaycan Milli Elmlər Akademiyasında bəzi kadr dəyişiklikləri aparılıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0