Milli Məclisin deputatı “Şöhrət” ordeni ilə təltif edilib

05.07.2018 Sosial
Prezident İlham Əliyev Rüstəm Xəlilovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Kommersant” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Rüstəm Gülabba oğlu Xəlilov “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, R.Xəlilov Milli Məclisin deputatıdır.