USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmək Müfəttişliyi Xidmətinə daxil olan müraciətlərin aid olduğu sahələr açıqlanıb

10.08.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 3450 vətəndaş müraciətini araşdırıb.

ƏƏSMN-dən "Kommersant.az"a verilən məlumata görə, müraciətlər daha çox, emal, tikinti, topdan və pərakəndəticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrə aid olub. Xidmət tərəfindən vətəndaş müraciətləri araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi üçün aidiyyəti işlər görülüb.

Araşdırmalar zamanı aşkar edilən hüquq pozuntularının 45 faizini əmək haqlarının ödənilməməsi və işçilərin məzuniyyət hüquqlarının pozulması, 39 faizini əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, 16 faizini isə digər hallar təşkil edib. Hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması müəyyən müddət tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə göstərişlər verilib.
Törədilmiş inzibati xətalara görə vəzifəli və hüquqi şəxslər barəsində inzibati qərarlar qəbul edilərək qanunvericiliyə uyğun qaydada və məbləğlərdə inzibati cərimələr tətbiq olunub.

  • Əvvəlki

    LiAZ Azərbaycana avtobus tədarük etmək niyyətindədir

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0