USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tacikistan Prezidenti: Bakı mirvaridir, dünya səviyyəli şəhərdir

10.08.2018 İqtisadiyyat
0 0
Bakı mirvaridir, dünya səviyyəli şəhərdir.

"Kommersant.az"ın Trend-ə istinadən məlumatına görə, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevin adından şərəfinə verilən rəsmi ziyafət mərasimində çıxışı zamanı deyib.
Tacikistan Prezidenti bildirib: "Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir".

  • Əvvəlki

    Bakı Nəqliyyat Agentliyi: Qəzaya uğrayan 64 nömrəli avtobusda sərnişin olmayıb

Digər xəbərlər