Tbilisiyə giriş-çıxış mayın 11-dən bərpa olunacaq

07.05.2020 Turizm
Gürcüstanın paytaxtı Tbilisiyə giriş-çıxış mayın 11-dən bərpa olunacaq.

"Kommersant.az"-ın məlumatına görə, bunu ölkənin Baş naziri Georgi Qaxariya deyib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar paytaxta giriş-çıxış aprelin 15-də bağlanıb.

Mayın 5-də isə ölkənin digər iri şəhəri Batumi və Kutaisiyə giriş-çıxış bərpa olunub.

Xatırladaq ki, bu günədək Gürcüstanda 615 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb, 275 nəfər sağalıb.