USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Babək prospekti çökdü - Avtomobil çuxura düşdü (FOTOLAR)

01.02.2019 İqtisadiyyat
0 0
Babək prospektində yenidən asfalt örtüyü çöküb.

"Kommersant.az" Qafqazinfoya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında baş verib.

Yolda hərəkətdə olan 99-CA-956 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb. Sürücünün səhhəti barədə məlumat yoxdur.

Məlumata görə, yolda yaranmış dərin çuxurun səbəbi təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, yolu təmir üçün müvafiq qurumlardan biri qazıb, amma başa çatdırmadıqları üçün dərin çuxurun üstü açıq qalıb.
Qeyd edək ki, prospekt aylardır aparılan yenidənqurma işlərindən sonra ötən il dekabrın 10-da sürücülərin istifadəsinə verilib.

  • Əvvəlki

    "Amrahbank" 2018-ci ili uğurla başa vurdu - HESABAT

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0