USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda ucuz maşınlar satışa çıxarılır

09.04.2019 İqtisadiyyat
0 0
Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi balanslarında olan istifadəsiz avtomobilləri hərraca təqdim ediblər.

"Kommersant.az" xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 7 may tarixində həyata keçirəcəyi avtomobil hərracında sözügedən qurumların maşınları satılacaq.

Hərraca ümumilikdə 15 avtomobil təqdim edilib.

Onlardan biri Təhsil Nazirliyinə, qalanları isə DİN-ə məxsusudur. Təhsil Nazirliyi hərraca 1990-cu ilin "MTZ-80" markalı avtomobilini təqdim edib. Avtomobilin ilkin start qiyməti 2000 manatdan başlayır.

DİN isə hərraca 5 ədəd UAZ, 4 ədəd "Fiat Doblo", "Kamaz", "Ural", VAZ və "Zil" markalı avtomobillər təqdim edib. Avtomobillərin əksəriyyəti Daxili Qoşunlara məxsusdur.

Hərracın ən yüksək qiymətə təqdim edilən avtomobili də məhz Daxili Qoşunlara məxsus "Kamaz-4310" yük maşınıdır. Avtomobilin ilkin start qiyməti 7000 manatdan başlayır.

  • Əvvəlki

    Problemli kreditlərlə bağlı siyahıda adı olmayanların NƏZƏRİNƏ - Aprelin 15-dək...

Digər xəbərlər