Bakıda dumanlı havaya görə - 2 QƏZA BAŞ VERİB

15.04.2019 Nəqliyyat
Dumanlı hava şəraiti ilə əlaqədar bu saata kimi Bakıda iki yol nəqliyyat hadisəsi baş verib.

"Kommersant.az" xəbər verir ki,bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.

O, sürücülərə yollarda diqqətli olmalarını tövsiyə edib:

“Bu saata qədər paytaxt ərazisində nəqliyyat vasitələrinin maddi zərəri ilə nəticələnən iki yol qəzası baş verib. Xəsarət alan olmayıb. Hazırda dumanlı hava şəraiti Bakının Yasamal rayonu ərazisində daha çox hiss olunur.

Bu səbəbdən sürücülərə yaxın işıqlarını yandıraraq hərəkət etmələri tövsiyə olunur. Yaxşı olaradı ki, yollarda sürət həddini mümkün qədər aşağı endirsinlər, ara məsafəni gözləsinlər və diqqətli olsunlar”.

Oxu.az

VTB