USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Babək prospektində yol niyə çöküb? - RƏSMİ CAVAB

21.05.2019 İqtisadiyyat
0 0
Bakının Babək prospektində baş vermiş çökmə hadisəsi hansısa kommunikasiya xəttində baş vermiş nasazlıq nəticəsində yaranıb.

Bu barədə "Kommersant.az"-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, hadisə ilə bağlı bütün əlaqədar qurumlar məlumatlandırılıb və onların iştirakı ilə əraziyə baxış keçirilib:

"Əraziyə baxış keçirilərkən məlum olub ki, çökmə hadisəsi kiçik hissədə olsa da, həmin zolaq üzrə müəyyən ərazi də deformasiyaya uğrayıb. Mayın 22-də həmin ərazi qazılacaq və çökmə hadisəsinin nədən baş verdiyi müəyyən ediləcək. Çökmə hadisəsi hansı xəttdə baş verən nasazlıqdan yaranıbsa, ərazi həmin xəttə cavabdeh olan qurum tərəfindən bərpa ediləcək".

yol
  • Əvvəlki

    Nazirlikdən xaricdə təhsil almaq istəyənlərə müraciət

Digər xəbərlər