USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? - Baş infeksionistdən AÇIQLAMA

29.06.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi iyunun 28-də 534 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəlik sərt karantin rejimi tədbiq edilsə də, gündəlik yoluxmaların sayı 500-dən çox olur. Yoluxanların sayını azaltmaq üçün 5 gün müddətinə insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

"Kommersant.az"-ın məlumatına görə, bununla bağlı danışan baş infeksionist Cəlal İsayev bildirib ki, iyulun 5-nə kimi 8 rayon və şəhərdə sərt karantin rejimi elan edilib:

"Sərt karantin rejimin bitməsinə hələ bir neçə gün var. O müddət tamam olduqdan sonra nəticələrin təhlilinə görə bu barədə qərar verilə bilər. Qaldı ki, sərt karantin rejimi elan olunmasına baxmayaraq gündəlik yoluxmaların sayının 500-dən çox olmasına, virusun kliniki epidemoloji gedişatı bu cür olur. Gah azalır, gah artır. Əlbəttə bu məsələdə insanların məsuliyyətli olması vacibdir. İnsanlarımız qoruyucu tibbi maskalardan istifadə etməli, sosial məsafəni qorumalıdır.Təəssüf ki, bəzi insanlarımız Operativ Qərargahın qoyduğu qərarlara və verdiyi tövsiyələrə barmaqrası baxır. Əgər biz karantin rejiminin müsbət nəticəsini görmək istəyiriksə, o zaman qoyulan qaydalara verilən tövsiyələrə əməl etməliyik".Sonxeber.az

  • Əvvəlki

    “Abşeron Şərab”ın Rusiyada Azərbaycan əleyhinə fəaliyyəti - Milli brendlər necə hörmətdən salınır?

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0