USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

189 həmyerlimiz çarter reysi ilə Kiyevdən Bakıya gətirilib - FOTO

10.07.2020 İqtisadiyyat
0 0
İyulun 9-da Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.

AZAL-dan verilən məlumata görə, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.

Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

  • Əvvəlki

    “Hazırda əhalinin böyük əksəriyyəti xəstədir, gündəlik statistika real deyil” - Tanınmış həkim

Digər xəbərlər