USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Həftə sonu ictimai nəqliyyatdan istifadə etmək olmaz: Bu, nə məntiqdir?” - EKSPERT

19.09.2020 İqtisadiyyat
0 0
Şənbə və bazar günləri Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işinin dayandırılmasına dair qərar ləğv edilməlidir.

Bunu açıqlamasında iqtisadçı ekspert Rəşad Hüseynov deyib. Onun fikrincə, bu qərarın özündə çatışmazlıq var:

"Həftə sonu ictimai nəqliyyatdan istifadə etmək olmaz. Bu, nə deməkdir? Hansı məntiqlə bu qərar qəbul edilib? İçtimai nəqliyyatdan istifadənin məhdudlaşdırılması təbii ki, insanların iş qrafikinin pozulmasına gətirib çıxardır. Hətta taksi xidmətlərindən istifadə müəyyən kateqoriyaya aiddir. Amma günü 7-10 manata işləyən adam həmin günü işini itirməmək üçün 10-15 manat taksiyə pul verir. Hətta bəzilərinin isə buna imkanı yoxdur, taksi xidmətindən istifadə edə bilmir. Bu isə əmək bazarına çox ciddi şəkildə neqativ təsir göstərməklə insanların şoxunun həmin günlərdə işləyə və müəyyən gəlir əldə edə bilməməsinə gətirib çıxardır".

Rəşad Həsənov TƏBİB-in və Oiperativ Qərargahın təklif etdiyi modellərin bir çox məqamlarında nöqsan olduğunu vurğulayıb:

"Bu da həmin nöqsanlardan biridir. Çalışırlar ki, mümkün qədər daha az kütləvi toplaşma olsun. Amma bunun əvəzində metronu bağlayıb hamını avtobuslara doldurdular. Düşünürəm ki, bütün bunlar nəzərə alınmaqla bu qərarın özünün formalaşmasının əsasları yalnışdır və bundan sonra da davam etdirilməsi doğru deyil, ləvg edilməlidir".

qaynarinfo

  • Əvvəlki

    Gələn ay məktəblər bağlanır?

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0