USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtobuslarda gediş haqqı artdı - VİDEO

23.01.2021 İqtisadiyyat
0 0
Sumqayıtdan Bakıya qeyri qanuni sərnişin daşıyan mikroavtobuslarda qiymət artımı müşahidə edilir. Sərnişinlər iddia edir ki, əvvəl 60 qəpiyə getdikləri yol üçün indi 80 qəpik ödəyirlər. Problemin həllində aidiyyatı qurumlarla bərabər sərnişinlərdə iştirak edə bilərlər. Dövlət Avtomobili Nəqliyyat Xidməti bunun üçün yalnız qanuni daşıyıcılara müraciət etməyi məsləhət görür.

Bakı-Sumqayıt üzrə həm qeyri qanuni sərnişin daşıyırlar, həm də qiyməti artırırlar. Avtovağzaldan kənar sərnişin daşıyan sürücülər sərnişinlərdən gediş haqqı olaraq 80 qəpik tələb edirlər.

Avtovağzaldan kənarda, qeyri-qanuni sərnişin daşıyan mikroavtobus sürücüləri bunu yanacağın qiymətinin artması ilə əlaqələndirirlər.

Avtovağzalda isə qiymət artımı müşahidə edilməyib. Sərnişinlər 50 qəpik ödəməklə gedib gəlirlər.

Qiymət artımı ilə bağlı açıqlama verən Dövlət Avtomobili Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, benzin və dizelin qiymətinin qalxmasından sonra marşurutlarda heç bir qiymət artımı olmayıb. Bunu qeyri-qanuni sərnişin daşıyanlar edə bilər ki, bu məslə də qurumun səlahiyyətlərindən kənardadır...

Sərnişinlərə tövsiyyə olunur ki, pullarına qənat etmək üçün avtovağzaldan istifadə etsinlər.

  • Əvvəlki

    Bu halda cərimələnəcəklər: Nazirlikdən xəstəxanalara xəbərdarlıq - VİDEO

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0