Paytaxt küçələrində dəyişiklik olacaq

07.08.2018 Nəqliyyat
Şəhərin bəzi küçələrində hərəkət istiqamətində dəyişiklik edilib.

"Kommersant.az" xəbər verir ki, bu gündən paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, agentliyin mütəxəssislərinin təklifi əsasında tətbiq edilən dəyişikliyə əsasən, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində, eyni zamanda İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov küçəsilə kəsişən hissəsində hərəkət birtərəfli təşkil edilib.

Qeyd edək ki, BNA mütəxəssislərinin ərazidə apardığı təhlillərlə müəyyən edilib ki, Şövkət Məmmədova küçəsinin Süleyman Sani Axundov küçəsi ilə kəsişən hissəsində sola dönən nəqliyyat vasitələrinin qarşıdan gələn nəqliyyat vasitələrini gözləməsi günün pik saatlarında sıxlığın yaranmasına səbəb olurdu. Bundan əlavə kəsişmənin ətrafında qanunsuz parklanmanın və Süleyman Sani Axundov küçəsindən kəsişməyə daxil olan nəqliyyat vastələri üçün yaşıl işığın vaxtının aşağı olması sərbəst nəqliyyat axınına imkan vermirdi. Məlum dəyişiklik ərazidə nəqliyyat sıxlığının aradan qaldırılması ilə yanaşı, Dərnəgül NMM istiqamətində gedən avtobusların rahat hərəkətinə də imkan verəcək.