USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tehran-Bakı reysi ləğv edildi - Səbəbi bilinmir

29.11.2018 İqtisadiyyat
0 0
Noyabrın 29-də həyata keçirilməli olan Tehran-Bakı-Tehran aviareysi ləğv edilib.

"Kommersant.az" AzərTAc-a istinadən xəbər verir ki, "Iran Air" aviaşirkətinin saat 17:50-də "IR 748" saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Həmçinin aviaşirkətin 18:50-də Bakıdan Tehrana olan "IR 749" saylı uçuşu da ləğv olunub. Aviareyslər "Airbus A320-200" təyyarəsi ilə həyata keçirilməli idi.

Tehran-Bakı-Tehran aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.