USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistan İranla sərhəddi bağladı

24.02.2020 İqtisadiyyat
0 0
Ermənistan koronavirusun ölkədə yayılmasının qarşısını almaq məqsədilə İranla sərhədi iki həftəlik bağlayıb.

"Kommersant.az"ın məlumatına görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

O qeyd edib ki, İranda koronavirusa yoluxma və ölüm hadisəsindən sonra iki ölkə arasında təyyarə reysləri də müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, İranda koronavirusa yoluxma hadisəsi ən çox Qum şəhərində qeydə alınıb. Rəsmi məlumata görə, bu ölkədə yeni virusa 43 nəfər yoluxub, 8 nəfər isə ölüb.

  • Əvvəlki

    İlham Əliyev Ərdoğana başsağlığı verdi

Digər xəbərlər