USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstana daxil olmaq istəyən İran vətəndaşlarına icazə verilməyib - NAZİR MUAVİNİ

27.02.2020 İqtisadiyyat
0 0
Türkiyədən Sarp gömrük buraxılış məntəqəsi vasitəsi ilə Gürcüstana daxil olmaq istəyən İran vətəndaşlarına keçid üçün icazə verilməyib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın Acarıstan Muxtar Respublikasının Səhiyyə nazirinin müavini Nino Nizaradze məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdə yüksək bədən temperaturu müşahidə edildiyindən Türkiyəyə geri göndəriliblər.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxmanın qeydə alınmasından sonra Baş Nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə keçirilən Agentliklərarası Fövqəladə Koordinasiya Qrupunun iclasında İranla gediş-gəliş tam məhdudlaşdırılıb, İran vətəndaşlarının ölkəyə daxil olmasına məhdudiyyət qoyulub.

  • Əvvəlki

    Ankarada Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatıb

Digər xəbərlər