USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp və Qani Əfqanıstanda sülh məsələsini müzakirə etdilər

03.03.2020 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Trampla Əfqanıstan prezidenti Əşrəf Qani arasında telefon danışığı olub.

"Kommersant.az" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilir ki, dövlət başçıları "Taliban"la imzalanmış müqavilə fonunda Əfqanıstanda sülhün bərqərar olunmasını müzakirə ediblər.

Donald Tramp prezident Əşrəf Qanini Əfqanıstanda sülhün bərqərar olmasında son zəruri addımlar münasibətilə təbrik edib. Hər iki lider ABŞ və Əfqanıstanın birgə bəyannaməsinin, eləcə də Əfqanıstanda ("Taliban"la) razılaşmanın bu ölkədə sülh prosesi üçün əhəmiyyətli addımlar olması barədə razılığa gəliblər.

Dövlət başçıları həmçinin sülh prosesi üçün əlaqə saxlamağı razılaşdırıblar.

  • Əvvəlki

    Almaniyada koronavirus yoluxanların sayı 150-yə çatıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0