USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp dünyanın koronavirusa reaksiyasını tənqid etdi

10.03.2020 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp dünyada koronavirusa həddən artıq reaksiya verilməsinə eyham vuraraq, onu adi qrip epidemiyası ilə müqayisə edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter"dəki səhifəsində yazıb.

"Beləliklə, ötən il 37 min amerikalı adi qripdən öldü. İldə orta hesabla (ölüm faizi-red) 27 mindən 70 min insana qədər təşkil edir. Heç nə bağlanmır, həyat və iqtisadiyyat davam edir.

Hazırda xəstəliyə 546 yoluxma halı təsdiqlənib, onlardan 22-i ölümlə nəticələnib. Bu barədə düşünün!" - deyə Tramp "Twitter"dəki hesabında yazıb.

Rəsmi məlumata görə, hazırda ABŞ ərazisində 560 nəfər koronavirusa yoluxub. Birləşmiş Ştatlarda 22 nəfər koronavirusun qurbanı olub.

Qeyd edək ki, koronavirusa ilk yoluxma 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb.

  • Əvvəlki

    Neftin qiyməti ilə bağlı - AÇIQLAMA

Digər xəbərlər