USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampdan vacib - SƏRƏNCAM

23.04.2020 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp koronavirus infeksiyasının yayılmasının mənfi iqtisadi nəticələri səbəbindən bir sıra kateqoriyalara görə ölkəyə immiqrasiyanın müvəqqəti qadağan edilməsi haqqında sərəncam imzalayıb.

"Amerikalı işçilərin maraqlarını qorumaq üçün ABŞ-a immiqrasiyanın müvəqqəti dayandırılması haqqında fərman imzaladım. Bu, işsiz vətəndaşlarımızın əvvəlcə iqtisadiyyat açıldıqdan sonra işlə təmin olunmasını təmin edir. Bu həm də amerikalılar üçün səhiyyə ehtiyatlarımızı qoruyacaqdır. Xəstələrimizə, işçilərimizə qayğı göstərməliyik, buna görə də bunu etdik" deyə Tramp Ağ Evdəki brifinqdə bildirib.

"Fərmanın dəyişdirilməsinə və ya uzadılmasına gəlincə, biz bunu vaxtında edəcəyik" deyib.

Bununla yanaşı, prezident fərmanın müddəalarını yaxın gələcəkdə sərtləşdirə və yumşalda biləcəyini vurğulayıb.

"Sual maraqlıdır. Məsələn, insanlar fermerlərə müddətdir kömək edirlər.Yəqin ki, gələn həftə ya da iki aydan sonra tədbirlər dəyişəcək. Vaxt gələndə dəyişəcəyik. Biz nə işimizə, nə də fermerlərə zərər vermək istəmirik" deyə Trump əlavə edib.