USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İyulun 1-dən etibarən... - Bu qadağa ləğv edildi

29.06.2020 İqtisadiyyat
0 0
Avropa İttifaqı (Aİ) iyulun 1-dən Gürcüstan vətəndaşlarının Aİ ərazisinə girişinə qoyulan qadağanı ləğv edəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Le Monde" nəşri məlumat yayıb.

İttifaqa üzv ölkələrin səfirləri Gürcüstan da daxil olmaqla 14 ölkənin (Avstraliya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Kanada, Montoneqro, Serbiya, Tailand, Uruqvay, Ruanda, Əlcəzair, Mərakeş və Tunis) vətəndaşlarının iyulun 1-dən Aİ ərazisinə sərbəst girişinə icazə verilməsi barədə razılığa gəlib. ABŞ, Türkiyə, Rusiya, İsrail və Səudiyyə Ərəbistanı bu ölkələrin siyahısına daxil edilməyib.