USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Gürcüstanda parlament seçkiləridir

31.10.2020 İqtisadiyyat
0 0
Oktyabrın 31-də (bu gün) Gürcüstanda onuncu çağırış parlamentinə seçkilər keçirilir.

"Kommersant.az" xarici mediaya istinadən xəbər verir ki, ölkədə səsvermə ilk dəfə proporsional sistem üzrə keçirilir.

Bu da o deməkdir ki, mandatların sayı yığılan səslərin faizinə uyğun olacaq.

Seçkilərdə 3 526 023 Gürcüstan vətəndaşı, o cümlədən 14 170 nəfər ölkə xaricində səs verə biləcək.

Ümumilikdə seçkilərdə 57 partiya və iki blok iştirak edir.

Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da -red) açılıb və saat 20:00-da bağlanacaq.

  • Əvvəlki

    Putinin Qarabağla bağlı son mesajlarının pərdəarxası

Digər xəbərlər