USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mətbuat Trampla Pens arasındakı düşmənçiliyi üzə çıxardı

11.01.2021 İqtisadiyyat
0 0
ABŞ-ın hazırkı prezidenti Donald Tramp Kapitoliyə 6 yanvarda baş vermiş basqınla bağlı vitse-prezident Mayk Pensə bir dəfə də zəng etməyib.

"Kommersant.az" xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələrə istinadən NBC kanalının müxbiri Halli Cekson məlumat verib.

Qeyd olunur ki, siyasətçilər arasındakı münasibətlər indi yaxşı kimi xarakterizə edilə bilməz. Məlum olub ki, Tramp Kapitoliyə öz tərəfdarlarının basqını zamanı bunkerdə ailəsi ilə gizlənən Penslə əlaqə qurmağa çalışmayıb. Tramp 6 yanvar hücumundan sonra da Pensə zəng etməyib. "Bu təəccüblü bir detaldır və düşünürəm ki, [münasibətlərinin] nə qədər düşməncəsinə olduğunu əks etdirir", - jurnalist məqaləsində qeyd edib.

Qeyd edək ki, Pensin 20 yanvarda ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenin andiçmə mərasiminə getmək istədiyi məlum olub. Eyni zamanda, Bayden Trampın bir qədər əvvəl elan etdiyi tədbirə getməmək qərarını yaxşı qərar adlandırıb.

  • Əvvəlki

    Abşeronun sabiq baş memarının həbs müddəti artırıldı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0