Qarabağ Azərbaycandır!

Media sahibi olan 7 milyarder - SİYAHI

18.09.2018 Dünya
Marc Benioff və onun həyat yoldaşı bu həftə "Time" jurnalını 190 milyon dollara satın almaq planlarını açıqlayaraq medianın diqqət mərkəzinə çevriliblər.

Benioff, bu il özəl KİV-ə sahib olam üçüncü milyarder oldu. Belə ki, daha əvvəl milyarder Patrick Sun-Siong "Los Angeles Times"i, 2013-cü ildə isə "Amazon"un baş meneceri Jeff Bezos "Washington Post"u 250 milyon dollara satın alıb.

Kommersant.az rus mətbuatına istinadən özəl KİV-ə saib olan 7 milyarderin adını açıqlayacaq.

1. Mark Benioff - "Salesforce"nin rəhbəri. 2018-ci ilin sentyabr ayında "Time Magazine"nı satın alıb.

2. Patrik Sun-Sionq - cərrah və sahibkar. 2018-ci ildə "LA Times"ın sahibi olub. Sun-Siong, tanınmış milyarderdir, qlobal əczaçılıq şirkəti "Abraxis BioScience Inc" prezidentidir.

3. Jeff Bezos - "Amazon"un rəhbəri. 2013-cü ilin oktyabrında o, "Washington Post"u satın aldı. 2018-ci ildə Bloombergə görə dünyanın ən varlı adamlarının siyahısına başçılıq edib. Bildirildiyinə görə, iş adamı 150 milyard dollar civarında sərvətə malik idi.

4. John Henri - Amerikalı iş adamı, maliyyəçi, John W. Henry & Company (JWH) şirkətinin qurucusudur .O, 2013-cü ilin avqust ayında "Boston Qlobus"un sahibi olub. "Boston Red Sox" beysbol klubu və "NASCAR Roush Fenway Racing" yarış komandasının ortaq sahibi və "Liverpool" futbol klubunun sahibidir.

5. Glenn Taylor - investor, "Minnesota Timberwolves"in sahibidir. 2014-cü ilin iyul ayında "Star Tribune" satın alıb.

6. Sheldon Adelson - "Las Vegas Sands"ın rəhbəri. 2015-ci ildə "Las Vegas Review-Journal" jurnalını satın alıb.

7. Warren Buffett -"Berkshire Hathaway"ın başçısı. 2011-ci ildə "Omaha World-Herald" qəzetini satın alıb. Hal-hazırda 30-dan çox qəzet var. O həmçinin İsrailin "Teva" şirkətinin 189 milyon dollarlıq səhmini və "Apple" şirkətinin 31,2 milyon səhmi alıb.