Avtomobillər sürətlə ucuzlaşır - RUSİYADA

13.10.2018 Dünya
Rusiyada sürətlə ucuzlaşan avtomobillərin adları açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, "Yula Avto"portalının apardığı araşdırmaya əsasən, ikinci əl bazarı üzrə il ərzində ən çox ucuzlaşan nəqliyyat vasitəsi "Genesis G80" olub. Həmin avtomobil ilkin qiymətindən 54% dəyər itirib.

Reytinqdə "Mercedes-Benz V-Klass"ın da adı var-39%. "Subaru Outback" və "Mercedes-Benz C-Klass" 38%, "Land Rover Range Rover" isə 37% ucuzlaşıb.

İl ərzində ən az ucuzlaşan avtomobillərin siyahısına isə 12%-lə "Nissan Almera", 13%-lə "Hyundai ix35", "Renault Megane" və "Mitsubishi Lancer", 14%-lə "Chevrolet Spark" daxil olub.

Xatırladaq ki, bundan əvvəl "Аvtostat" analitik agentliyinin ekspertləri Rusiya avtomobil bazarında ən məşhur avtomobillərin reytinqini tərtib etmişdi. Reytinqə əsasən, bazarın lideri ənənəvi olaraq 44 min satışla "LADA 4x4" olmuşdu. Reytinqin ikinci pilləsində isə 34 min satışla "Chevrolet Niva", üçüncü yerdə isə 19 min satışla "Toyota RAV4" qərarlaşmışdı.