Salyanda yol qəzası baş verib, xəsarət alan var

4 İyul 20:36 Hadisə
Salyan rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Kommersant" “Report”un Aran bürosuna istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobillə motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, rayonun Yenikənd kənd sakini, 1994-cü il təvəllüdlü Mahir Adil oğlu Süleymanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.