Ruslar geyimə 600 dollar xərcləyir

10.10.2018 Maliyyə
Rusların sentyabrda geyimə nə qədər pul xərclədiyi məlum olub.

"Kommersant.az" xəbər verir ki, bu ilin avqust-sentyabr ayları üzrə Rusiyanın geyim və ayaqqabı mağazalarında orta satış çekləri 40% (573-588 dollar) təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 60% təşkil edib. Beləliklə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3%-lik fərq yaranır.

Bununla yanaşı, rusların alıcılıq qabiliyyəti il ərzində 2%-dək artıb.

Ekspertlərin fikrincə, rusların geyimə az pul xərcləməsinə səbəb onların daha qənaətcil davranaraq, xüsusilə sentyabrda endirim və akiyalardan yararlanmağa üstünlük vermələri ilə bağlıdır.

  • Əvvəlki

    "65 arı ailəsindən 500-800 kiloqram bal götürürəm"

Digər xəbərlər