Şikayətlər üçün yeni tətbiq yaradıldı - TÜRKİYƏDƏ

12.11.2018 Maliyyə
Türkiyədə “Haqsız qiymət artımı ilə bağlı şikayət bildirişləri” adlı yeni tətbiq yaradılıb.

“Kommersant.az” xəbər verir ki, Türkiyədə “Haqsız qiymət artımı ilə bağlı şikayət bildirişləri” adlı yeni tətbiq yaradılıb. Vətəndaşlar tətbiq vasitəsilə qarşılaşdıqları süni qiymət artımı barədə dərhal səlahiyyətliləri xəbərdar edə biləcəklər.

Ticarət naziri Ruhsar Pekcan valyuta bazarındakı dəyişikliklərdən sonra 382 şirkətin 6446 məhsulda süni qiymət artımına yol verdiyini müşahidə etdiklərini bildirib. Məhz bu səbəb da tətbiqin yaranma ehtiyacı yaradıb.