Ərzaq məhsulları bahalaşıb
"Kommersant.az" xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının və qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz bahalaşıb.
Ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma, manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə olunub.
Digər xəbərlər
Çinin 2026-cı il üçün böyümə hədəfi: Qlobal iqtisadiyyat üçün həyəcan təbili çalınır
Bank Respublika Dövlət Vergi Xidmətinin təşkil etdiyi tədbirdə xüsusi mükafata layiq görülüb
Azərbaycanda sığorta bazarında dayanıqlılığın gücləndirilməsi müzakirə edilib
Türkiyə Biznes Birliyi Aİ-nin "Avropada İstehsal Olunmuş" Çərçivəsindən Məmnundur



.jpg)
.png)




















.jpg)
.jpg)




.jpg)




































