“Jaguar Land Rover” 5 000 işçisi ilə yolları ayırır

10.01.2019 Nəqliyyat
“Jaguar Land Rover” satışların düşməsi və "Brexit"ə görə Böyük Britaniyada 5 minə yaxın iş yerini ixtisara salacaq.

“Kommersant.az” xarici KİV-ə istinadən xəbər verir ki, ixtisarlar inzibati aparat və marketinq xidmətinə təsir edəcək. Bütün bunlar isə xərclərin 2,5 milyard funt sterlinq azaldılması planının tərkib hissəsidir.

Qeyd olunur ki, son bir neçə ayda Çindəki satışlar 50% azalıb ki, bu da həmin ölkədəki dillerlər ilə əlaqələrin gərginləşməsinə gətirib çıxarıb.

2017-ci ildə şirkət 1 180 iş yerini ixtisara salıb. Ötən ilin sonlarında isə Kasl Bromviç zavodunda şirkətin 1 000 əməkdaşının iş vaxtı həftədə 3 günə kimi azaldılıb.