İsmayıllı rayon Polis Şöbəsinin rəisi Telman Ağasiyev vəzifəsindən azad edilib.
"Kommersant.az" Oxu.Az-a istinaadən xəbər verir ki, bununla bağlı müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.
Bildirilir ki, Telman Ağasiyev Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsində vəzifəyə təyin edilib.