Gürcüstandan Azərbaycana ən çox gətirilən avtomobillər - SİYAHI

21.11.2018 Nəqliyyat
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 7955 ədəd minik avtomobili ixrac olunub.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib. İlin ilk 10 ayı ərzində Azərbaycan qonşu ölkədən ən çox minik avtomobili idxal etmiş ikinci ölkə olub.

Gürcüstandan minik avtomobillərinin ixracına görə birinci yeri 22575 ədəd nəqliyyat vasitəsilə Ermənistan tutub. Üçüncü ən böyük avtomobil idxalçısı isə Ukrayna (6698 ədəd) olub.

Yanvar-oktaybr aylarında Gürcüstandan ümumilikdə, 40 397 ədəd minik avtomobili ixrac olunub ki, bu da illik müqayisədə 90,5% çoxdur. İlkin məlumatlara əsasən, qonşu ölkə avtomobillərin builki təkrar ixracından 317 mln. dollar gəlir əldə edib.

Report