Maliyyə Nazirliyi 40 milyon manat da borclandı

21.11.2018 Bank
20 noyabr 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104012684 ISIN-li, 40 milyon manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Kommersant.az" xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 90.9544 AZN (10.000%) və 94.1039 AZN (6.3000%) olan 21 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.8869 AZN (7.7000%), orta ölçülmüş qiyməti 92.9934 AZN (7.5760%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 113 391 200,00AZN, yerləşdirilmiş həcmi isə 40 milyon manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 19 noyabr 2020-ci il.