"Bank Respublika" işçi axtarır - VAKANSİYA

4 İyul 19:34 Vakansiya
“Bank Respublika” ASC Əməliyyatlara Nəzarət departamentin “PL/TMM şöbəsinə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• Müştəri profilinin və əməliyyatlarının analitikası;
• Analiz nəticələrinin “case” şəklində yaradılması;
• Proqram təminatında “ssenarilərin” yazılması;
• Müxbir banklardan daxil olan bank və müştərilər ilə əlaqəli sorğuların cavablandırılması;
• Müxbir banklar və xarici partnyorlar ilə yazılı və şifahi danışıqların aparılması;
• Nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması və s.

Namizədə qarşı tələblər:

• Ali texniki təhsil;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri mükəmməl olmalı;
• Excel proqramında işləmək bacarığı;
• IT sahəsində minimal biliklərin olması arzuolunandır;
• Bank fəaliyyətini tənzimləyən qanun və normativləri bilməsi arzuolunandır;
• PL/TMM sahəsi üzrə iş təcrübəsinin olması arzuolunandır;
• Analitik düşünmə qabiliyyəti;
• Yüksək ünsiyyət bacarığı;
• Xarici partnyorlarla görüşlərdə çıxış etmək və danışıqlar aparmaq bacarığı;

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “PL/TMM şöbəsinə mütəxəssis” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    "Bank BTB" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

22 Oktyabr 19:38 Vakansiya
BOKT filial müdiri axtarır - VAKANSİYA
0 0
22 Oktyabr 19:13 Vakansiya
Xəzinədar axtarılır - VAKANSİYA
0 0