USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kremlin Azərbaycana qarşı pomidor siyasəti - ŞƏRH

10.12.2020 İqtisadiyyat
0 0
"Rusiyanın Azərbaycana qarşı başladığı pomidor "müharibəsi"nə dair verdiyim şərhin BBC və Frans Press agentliyi kimi nüfuzlu mətbu orqanlar tərəfindən də yayımlanması göstərdir ki, bu məsələ ciddi beynəlxalq rezonans doğurmaqdadır. 2015-ci ildə rus təyyarəsini vurandan sonra Türkiyəyə qarşı tətbiq edilən embarqo hazırda başqa formada Azərbaycanın əleyhinə yönəlib".

"Kommersant.az" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.

Onun sözlərinə görə, Rusiya bununla Azərbaycana siyasi təzyiq etmək istəyir:

"Bəziləri Ermənistan və Özbəkistana qarşı da rus embarqosunun mövcudluğunu əsas göstərib bu məsələnin siyasiləşdirilməsinin əleyhinə olsa da, beynəlxalq ticarətin hazırda qlobal siyasətin əsas alətlərindən birinə çevrildiyini əsas götürüb deyə bilərəm ki, həm akademik, həm də praktik yöndən əminəm ki, bu məsələdə siyasət başlıca rol oynayır.

Pomidor Azərbaycan üçün xüsusilə də neft gəlirlərinin azaldığı dövrdə çox əhəmiyyətli qeyri-neft ixrac məhsuludur. Belə ki, 2017-ci ildən başlayaraq Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında tomat (pomidor) birinci məhsul olub. DSK-nın açıqlamalarına görə, 2017-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının 9,9 faizini, 2018-ci ildə isə 10,5 faizini, 2019-cu ildə 9,7 faizini, 2020-ci ilin 10 ayında isə 11,98 faizini pomidor təşkil edib. Ötən il 189 milyon 292 min dollar dəyərində 174 min 548 kq pomidor ixrac edildiyi halda bu ilin 10 ayında 173 milyon 19 min dollar dəyərində 160 min 269 kq pomidor ixrac edilib. Bu il üçün cəmi ixracın 1.41 faizi, qeyri neft məhsullarının ixracının 11.98 faizi pomidorun payına düşüb. Bu dövrdə Azərbaycan iş adamları alma ixracından da 21 milyon 201 min dollar qazanıblar. Göründüyü kimi, bu ilin 10 ayı üçün pomidor və alma ixracından Azərbaycanın qazancları 200 milyon dollar ətrafındadır. Bu ilin 10 ayında pomidor və alma ixracatında əldə edilən valyuta gəlirləri (194 milyon dollar) 2020-ci ilin 11 ayında Şahdəniz yatağından qaz və kondensat satışından əldə edilən gəlirlərin (276 mln. ABŞ dolları) 70 faizini təşkil edir. Odur ki, Rusiyanın Azərbaycanda pomidor və alma idxalına qoyduğu qadağaya texniki məsələ kimi yanaşmaq və onu Ermənistan və Özbəkistanla müqayisə etmək düzgün deyildir.

Unutmayaq ki, Rusiya bazarında satılan hər 5 kq pomidoun 2 kq-ı, yəni bazarın 40 faizə qədəri Azərbaycanını payına düşür.

Nə etməli?

Əvvala, qeyri-neft ixracarının əsas məhsulunun bir bazardan Rusiyadan asılığının yaratdığı belə riskləri nəzərə alaraq pomidor və alma ixracatını şaxələndirmək və başqa bazarlara çıxmaq lazımdır.
İkincisi, Azərbayan Qida Təhlükəsizliyi Agentliyi Rusiyanın Rosselxoznadzor təşkilatı ilə müzakirələrə başlamalı və ixrac məhsullarını bazarın tələblərinə uyğunlaşdırmaqla problemin həllinə çalışmalıdır.

Üçüncüsü, embarqo davamlı olarsa, onda Azərbaycan da adekvat olaraq Rusiyadan ixrac mallarına qadağalar tətbiq etməlidir".

  • Əvvəlki

    Prezidentin təltif etdiyi polkovnikə yüksək vəzifə verildi

Digər xəbərlər