USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yelo Bank-da qadın əməkdaşların sağlamlığına həsr olunmuş tədbir keçirildi

17.10.2025 Sərfəli Banklar
0 0
Yelo Bank qadın əməkdaşlarının sağlamlığını və maariflənməsini daim diqqət mərkəzində saxlayır. Oktyabr - Ümumdünya Süd Vəzi Xərçəngi ilə Mübarizə ayı çərçivəsində Bankda xüsusi maarifləndirmə tədbiri təşkil olundu.

Tədbirdə Referans Hayat Hospitalın peşəkar onkoloq - mamaloqu qadın sağlamlığı, erkən diaqnostikanın əhəmiyyəti və profilaktik müayinələrin vacibliyi barədə ətraflı məlumat verdi. Seminar zamanı əməkdaşlar suallarını ünvanlamaq, faydalı məsləhətlər almaq və mövzu ilə bağlı praktiki biliklərini artırmaq imkanı qazandılar.

Hər bir qadının sağlamlığına qayğı göstərmək həm iş mühitində, həm də cəmiyyətdə daha güclü və dayanıqlı gələcək deməkdir. Yelo Bank bundan sonra da əməkdaşlarının sağlamlığına və rifahına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Bank xidmətləri, eləcə də kredit kartı haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!