USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İpoteka haqqında” qanuna dəyişiklik edildi

31.10.2025 İnşaat və Əmlak
0 0
Milli Məclis ipoteka saxlayanların ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnu müqavilə əsasında dəyişdirə bilməsi barədə dəyişiklikləri son oxunuşda qəbul edib.

Kommersant.az xəbər verir ki, bununla bağlı "İpoteka haqqında" qanunda dəyişiklik layihəsi parlamentin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sənədə əsasən, layihəyə əsasən ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsi barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi və üstünlük hüququnun dövlət reyestrində qeydiyyata alınması təklif olunur.

Sənədə görə, ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ ipoteka saxlayanlar arasında dəyişdirildikdə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində və daşınar əmlakın rəsmi reyestrində sənədlərin təqdim edildiyi gündən 3 iş günü müddətində qeydə alınacaq.

Həmçinin ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququ dəyişdirildikdə dövlət rüsumunu üstünlük hüququnun keçdiyi ipoteka saxlayan ödəyəcək.

İpotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun dəyişdirilməsinin dövlət qeydiyyatı bu mexanizmin daha işlək olmasına və üstünlük hüququ olan ipoteka saxlayanın hüquqlarının daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.

Bildirilib ki, layihənin qəbul edilməsi nəticəsində ipotekaya dair tələblərin ödənilməsində üstünlük hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması yolu ilə bu hüquqların dövlət reyestrində tanınması və təsdiq edilməsi təmin ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

  • Əvvəlki

    Rəqabəti məhdudlaşdırma ilə bağlı cərimələrə dəyişiklik edilir

Digər xəbərlər